Millət vəkilindən Bəhram Bağırzadəyə dəstək - "Dualarımız səninlədir"

14 İyun 2020 17:41 (UTC+04:00)

"Bəhram Bağırzadənin ağır formada koronavirus diqanozu ilə reanimasiyaya yerləşdirilməsi xəbərindən pis oldum".

Publika.az xəbər verir ki, bu sözləri feysbuk səhifəsində millət vəkili Aydın Mirzəzadə qeyd edib. O bidirib ki, Əməkdar artist B.Bağırzadəyə zəng etsə də, onunla danbışa bilməyib:

"Bəhram hamının sevimlisdir. KVN dalğasında tanınan bu insan hər zaman öz pozitiv, insansevər və vətənpərvər çıxışları ilə özü insanların sevimlisinə çevrilə bilmişdi.

Onun xəstələnməsi xəbəri çıxanda telefon nömrəsini tapdım, ona zəng edib, ürək-dirək vermək istədim.

Zəng getsə də, cavab verilmədi. Başa düşdüm ki, onun milyonlarla onu sevənlərin telefon zənginə cavab verməsi mümkün deyildi.

Tez sağal, Bəhram. Dualarımız səninlədir".