FHN məlumat yaydı - Elman Əhmədovun meyiti tapıldı

17 İyun 2020 19:19 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samux rayonu ərazisində, Yenikənd su anbarında 1998-ci il təvəllüdlü Əhmədov Elman Mehman oğlunun batması barədə məlumat daxil olub.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində E.Əhmədovun meyiti tapılaraq su anbarından çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.