“Bavariya” Bundesliqada yeni rekorda imza atdı

22 İyun 2020 06:51 (UTC+04:00)

Münxenin “Bavariya” futbol klubu Almaniya Bundesliqasının 33-cü turunda “Frayburq”u məğlub etməklə (3:1) rekorda imza atıb.

Publika.az xəbər verir ki, Münxen təmsilçisi Bundesliqada ardıcıl 15 oyundur, qələbə qazanır. Bu, ölkə çempionatı üçün rekord göstəricidir.

Qeyd edək ki, “Bavariya” Bundesliqada ötən tur çempionluğunu rəsmiləşdirib.