Bakıda 3 otaqlı ev yandı

22 İyun 2020 17:58 (UTC+04:00)

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.