Azərbaycanda koronavirus testi ilə bağlı REKORD GÖSTƏRİCİ

24 İyun 2020 19:15 (UTC+04:00)

Azərbaycanda indiyə qədər koronavirusa görə aparılan testlərin sayı məlum olub.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bu gün 9 103 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 441 961 test aparılıb.

Qeyd edək ki, bu gün aparılan koronavirus testlərinin sayı ölkədə pandemiya ilə əlaqədar aparılan gündəlik test sayı baxımından rekord göstəricidir.