"Barselona" "Yuventus"un ulduzunu transfer etdi - FOTO

30 İyun 2020 09:19 (UTC+04:00)

İspaniyanın “Barselona” futbol klubu İtaliyanın “Yuventus” komandasının yarımmüdafiəçisi Miralem Pyaniçi transfer edib.

Publika.az xəbər verir ki, Kataloniya təmsilçisi bu transfer üçün 65 milyon avro ödəyəcək. Otuz yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, M.Pyaniç cari mövsümdə Turin klubunun heyətində keçirdiyi 36 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.