Azərbaycanda 29 yaşlı gəncdən dəhşətli əməl - ÖZÜNÜ ÖLDÜRDÜ

30 İyun 2020 13:00 (UTC+04:00)

Xaçmazda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Yergüc kənd sakini, 1991-ci il təvəllüdlü Əlisultanov Rəhman Balasultan oğlu özünü yaşadığı evin həyətindəki tikilidən asaraq intihar edib.

Onun hansı səbəbdən həyatına son qoyması hələlik məlum deyil.

Faktla bağlı Xaşmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, araşdırma aparılır.