Məşhur müğənni koronavirusa yoluxdu

30 İyun 2020 13:32 (UTC+04:00)

Məşhur rus müğənni Anita Soy koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə RİA "Novosti"yə informasiya yayıb.

Müğənninin mətbuat katibi Anna Krujel agentliyə açıqlamasında bildirib ki, o, Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib. Onun sözlərinə görə, Anita Soy infeksiyanın yayılmağa başladığı ilk günlərdən bəri qaydalara ciddi əməl edib. Buna görə də onun virusa harada və necə yoluxduğunu müəyyən edə bilməyiblər.

Qeyd edək ki, Anita Soy Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə baş tutan "Jara" festivalı çərçivəsində 2019-cu ildə Azərbaycana səfər edib.