İsraildə koronavirusa yoluxma rekord qırdı

1 İyul 2020 15:04 (UTC+04:00)

İsraildə gündəlik koronavirusa yoluxma rekord həddə çatıb.

Publika.az xəbər verir ki, son sutka ərzində 859 nəfər infeksiyaya yoluxub.

Bu da virusun ölkədə ilk rast gəlindiyi 21 fevraldan bəri ən yüksək yoluxma sayıdır.

Bu günə qədər ölkədə 25 min 547 nəfər koronavirusa yoluxub, 320 nəfər ölüb. 17 min 389 nəfər xəstəliyə qalib gəlib.

Hazırda İsraildə 7 min 838 aktiv koronavirus xəstəsi var.

Zümrüd