Feysbuk koronavirusu yayır? – Bill Qeytsdən ŞOK AÇIQLAMA

2 İyul 2020 12:25 (UTC+04:00)

“Microsoft” korporasiyasının təsisçisi, məşhur milyarder Bill Qeyts koronavirusun sürətlə yayılmasında sosial şəbəkələrin böyük təsirinin olduğu fikrini irəli sürüb.

Publika.az
xəbər verir ki, Qeyts xüsusilə Feysbukun məsuliyyət daşıdığını bildirib.

“ABŞ-da koronavirus Feysbuk kimi sosial media platformalarında yayılan yanlış məlumatlara görə sürətlə yayıldı. Təəssüf ki, sosial şəbəkələrdə bunlar baş verir”, - o bildirib.

Qeyts tibbi maskadan istifadə etməyin vacibliyinə də toxunub. Bildirib ki, bəzi insanlar başqalarını yoluxdurmaq riskinə baxmayaraq, maska taxmamağı azadlığın simvolu kimi qəbul edir və bu başa düşülən deyil.

Asif