Qiymətli daş mədəni çökdü: yüzdən çox ölən var

2 İyul 2020 13:24 (UTC+04:00)

Myanmada qiymətli daş mədəni çöküb.

Publika.az xəbər verir ki, nəticədə 113 işçi həlak olub. Digərləri xilas olmağı bacarıb.

Ölkənin Yanğınsöndürmə Təşkilatından verilən açıqlamada Kaçin əyalətindəki leysan yağışlarından sonra torpaq sürüşməsinin meydana gəldiyi, buna görə də mədənin çökdüyü bildirilib.

Ölü sayının artacağı istisna edilmir.

Zümrüd