Rusiya sərhədlərini bağlı saxlayacaq

4 İyul 2020 02:45 (UTC+04:00)

Rusiya koronavirus pandemiyası fonunda bağlanmış sərhədlərin açılması ilə bağlı bir sıra ölkələrlə əlaqə saxlayır.

Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, bu, hökumətdəki operativ qərargahın məsələsidir: “Bəzi dövlətlərlə təmaslar aparılır, lakin indiyədək konkret qərarlar qəbul edilməyib”.