Konor Həbibin atasının ölümündən yazdı

4 İyul 2020 09:14 (UTC+04:00)

İrlandiyalı döyüşçü Konor Makqreqor UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun ölümü haqqında yazıb.

Publika.az xəbər verir ki, Konor 57 yaşında vəfat edən məşqçi ilə bağlı deyib:

“Atanın, məşqçinin və idmana sadiq insanın itkisi... Nur içində yat, Abdulmanap Nurməhəmmədov”.

Xatırladaq ki, koronavirusa yoluxan və bu gün vəfat edən A.Nurməhəmmədov son həftələr Moskvada reanimasiyada olub.