Hindistanda təbii fəlakət can aldı - Yüzlərlə kənd su altında

4 İyul 2020 13:51 (UTC+04:00)

Hindistanın şimal-şərqindəki Assam əyalətində hökm sürən güclü musson yağışları Brahmaputra çayında daşqınlara səbəb olub.

Publika.az xəbər verir ki, təbii fəlakət nəticəsində 59 nəfər həlak olub.

1 636 yaşayış yeri sel suları altında qalıb. Zərərçəkən bölgələrin əhalisi müvəqqəti düşərgələrə yerləşdirilib.

Zümrüd