Dənizdə batan şəxs xilas edildi

4 İyul 2020 22:38 (UTC+04:00)

Astarada dənizdə batan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Astara sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.