Bakıda bu rayonun suyu kəsildi

6 İyul 2020 15:15 (UTC+04:00)

Bakının Nəsimi rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar, rayonun bir hissəsinə (əsasən şəhərin mərkəzi küçələrinə) içməli suyun verilməsi müvəqqəti dayandırılıb.

"Azərsu" ASC-dən Publika.az-a verilən məlumata görə, gün ərzində qəzanın aradan qaldırılacağı və su təchizatının bərpa ediləcəyi planlaşdırılır.

Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.