Daha bir jurnalist yoluxdu: Redaksiya bağlandı?

6 İyul 2020 18:25 (UTC+04:00)

“Xalq qəzeti”nin əməkdaşı İlham Abbasov koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında qəzetin əməkdaşı, tanınmış jurnalist Zərifə Bəşirqızı deyib. O bildirib ki, İ.Abbasovun hazırda vəziyyəti yaxşıdır və evdə müalicə alır.

Z.Bəşirqızı yoluxma faktına görə qəzetdə işin dayandırılması barədə yayılan məlumatların əsassız olduğunu bildirib.