Bakıda 17 yaşlı qız itkin düşdü - FOTO

7 İyul 2020 02:47 (UTC+04:00)

Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Samoylova Rafaelovna Qabriela itkin düşüb.

Publika.az xəbər verir ki, 17 yaşlı qızın anası Qalina Samoylova məlumat verib.

O bildirib ki, qızı 15 gün bundan əvvəl evdən mağazadan çörək almaq üçün çıxıb. Lakin bu günə qədər övladından xəbər yoxdur.

Samoylova Rafaelovna Qabriela psixi xəstəlikdən əziyyət çəkib. O, Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasında müalicə edilib.

Samoylova Rafaelovna Qabrielanı görənlərdən 050-212-75-06 saylı telefon nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur. / Report.az