Rüşvətdə təqsirləndirilən nazir müavini həbs edildi

7 İyul 2020 09:55 (UTC+04:00)

Moskvanın Tver məhkəməsi Rusiyanın Elm və Ali Təhsil nazirinin müavini Marina Lukaşeviç haqqında həbs qərarı çıxarıb.

Nazir müavini iri məbləğdə pul mənimsəməkdə ittiham olunur. Lukaşeviç haqda avqustun 16-dək həbs qətimkan tədbiri seçilib. Marina tərəfindən vurulan ziyan 50,3 milyon rubl dəyərindədir.

Onun vəkili Yelena Benkovskaya qərardan şikayət verəcəklərini bildirib.