Oksana Rəsulova ailə həyatından danışdı: “Sevgisiz bir insanla yaşamaq...”

10 İyul 2020 09:51 (UTC+04:00)

Rəqqasə-aktrisa Oksana Rəsulova ilk dəfə oğlunun şəklini paylaşıb, lakin üzünü gizli saxlayıb.

Publika.az xəbər verir ki, müsahibələrində tez-tez həyat yoldaşını dəlicəsinə sevmədiyini, lakin çox hörmət etdiyini dilə gətirən məşhur paylaşdığı fotoya sevgiyə dair fikirlərini paylaşıb:

“Dəlicəsinə aşiq olduğun adamla deyil, sənin xoşbəxtliyin - onun həyatının mənası olduğu kəslə ailə qurmaq daha yaxşıdır”.

Oksana daha sonra izləyicilərinə “Sevgi nədir? Sevgiyə inam qalıb? Sevgisiz bir insanla yaşamaq olarmı?” sualları ilə müraciət edib.