Ekspres avtobusların fəaliyyəti dayandırıldı

10 İyul 2020 19:33 (UTC+04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin rejimi barədə qərarına uyğun olaraq 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti tam dayandırılacaq.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

O qeyd edib ki, bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək.