Türkiyədə daha 1016 nəfər koronavirusa yoluxdu

11 İyul 2020 21:32 (UTC+04:00)

Türkiyədə son sutka ərzində 1 016 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 21 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 5 344, yoluxanlar isə 211 min 981 nəfərə çatıb.

Türkiyədə indiyədək 193 min 217 xəstə sağalaraq evə buraxılıb.