“Dortmund”un ulduzu “Mançester Yunayted”ə keçir

12 İyul 2020 08:12 (UTC+04:00)

Dortmund “Borussiya”sının futbolçusu Ceydon Sanço “Mançester Yunayted”ə keçməyə yaxındır.

Publika.az xəbər verir ki, bu barədə “Express.de” nəşri yazıb.

“Borussiya”nın C.Sançonu koronavirus pandemiyası səbəbilə 45 milyon avro zərərə düşməsi və maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün satdığı qeyd olunur.

Bu mövsüm futbolçu meydanda olduğu 44 qarşılaşmada 20 dəfə fərqlənib.