Azərbaycanda 520 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

12 İyul 2020 17:32 (UTC+04:00)

Azərbaycanda 520 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər isə vəfat edib.