Azərbaycan Ordusunun generalı ŞƏHİD OLDU - RƏSMİ/VİDEO

14 İyul 2020 13:17 (UTC+04:00)

Azərbaycan Ordusunun general-mayoru Həşimov Polad qəhrəmancasına şəhid olub.

Bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın olunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general mayoru Həşimov Polad qəhrəmancasına şəhid olub", o bildirib.

Video: Sevinc Xanqızı