Azərbaycanlı mütəxəssislərdən Paşinyana GÖZLƏNİLMƏZ ZƏRBƏ - FOTO/VİDEO

14 İyul 2020 14:19 (UTC+04:00)

Video əlavə olunub:

Sevinc Xanqızı

***

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəsmi saytı haker hücumuna məruz qalıb.

Publika.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin gərginləşməsi ilə əlaqələndirilir.

Belə ki, intensiv kiberhücumlara məruz qalan Www.primeminister.am portalı bir müddətdir açılmır.

Baş nazirin mətbuat xidməti isə hələ də məlumat almaqda və verməkdə çətinlik çəkir.

Saytda Milli qəhrəman Mübariz İbrahimovun fotosu və "Qarabağ Azərbaycandır!" ifadəsi yer alıb.

Media eksperti, informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan Ermənistandakı üç hökumət resursu - baş nazirin (primeminister.am), hökumətin (gov.am) və elektron hökumətin (e-gov.am) saytlarının hakerlər tərəfindən hücuma məruz qaldığını açıqlayıb. Martirosyanın sözlərinə görə, bu, güclü hücumdur, çünki ən əhəmiyyətli dövlət saytlarına hücum edilib.

Zümrüd