Putin sabah Krıma gedir

15 İyul 2020 16:15 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin sabah Krımda yeni döyüş gəmilərinin təməlinin qoyulması mərasimində iştirak edəcək.

Publika.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama yayıb.

Bildirilib ki, bununla da gəmilərin tikinti mərhələsi başlayacaq.

Putin daha sonra “Severodvinsk”, “Sevmaş”, “Severnaya Verf” inşaat təsisləri ilə keçirilək videokonfransa qatılacaq.

Rusiya prezidentinin sabahkı iş proqramında beynəlxalq telefon danışıqları da yer alıb.

Zümrüd