Bakıda 33 yaşlı kişi qarnından bıçaqlandı

15 İyul 2020 23:41 (UTC+04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Əhmədov Rəfail Nizami oğlu tanımadığı şəxs tərəfindən bıçaq zərbələri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

R. Əhmədov əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.(Report)