Könüllü hərbi xidmətə getmək istəyənlər sırasında xanımlar da var - RƏSMİ

16 İyul 2020 15:11 (UTC+04:00)

Azərbaycan Silahlı Qüvvələrinə könüllü hərbi xidmətə getmək istəyənlər sırasında xanımlar da var.

Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, hazırda qeydiyyat üçün xidmətin aidiyyəti şöbə və bölmələrinə müraciətlər daxil olmaqdadır: "Bu gün 4 mindən artıq şəxslər müraciət ediblər. Onların içərisində xanımlar da var. Ümumi müraciət edənlərin yaş həddi müxtəlifdir". (trend)