Türkiyə Böyük Millət Məclisindən Azərbaycana DƏSTƏK - FOTO

17 İyul 2020 01:41 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisi son günlər Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhədində hücum cəhdləri ilə bağlı açıqlama yayıb.

Publika.az xəbər verir ki, bu ölkənin mətbuatına istinadən xəbər verir ki, açıqlama Türkiyə parlamentində təmsil olunan dörd siyasi təşkilat - hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (ÇHP) və İYİ Partiya tərəfindən qəbul olunub.

"Türkiyə Böyük Millət Məclisi olaraq Ermənistan Silahlı Qüvvələrinin 12 iyuldan başlayaraq Azərbaycanın Tovuz rayonuna hücumunu qəti şəkildə pisləyirik. Ermənistan xətalı yoldadır. Azərbaycanın torpağı olan Dağlıq Qarabağı və ətraf rayonları işğal altında saxlayan Ermənistanın yeni hücumu Cənubi Qafqazda damlı sülhün qarşısında ən böyük əngəldir", - deyə açıqlamada qeyd edilir.