Ağcaqanad koronavirusa yoluxdurur? - ABŞ alimləri SON NÖQTƏNİ QOYDU

18 İyul 2020 16:31 (UTC+04:00)

Ağcaqanadların insanlara koronavirus yoluxdurmadığı təsdiqlənib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Kanzas Universitetinin Biotəhlükəsizlik Araşdırma İnstitutunun məlumatında deyilir.

İnstitutun rəhbəri Stiven Hiqqs və həmkarlarının Baytarlıq Fakültəsinin işçiləri ilə birgə apardığı araşdırma nəticəsində bu qənaətə gəlinib. Araşdırmada yeni tip koronavirusun “Aedes aegypti”, “Aedes albopictus” və “Culex quinquefasciatus” adlı 3 geniş yayılmış ağcaqanad növündə çoxalmadığı, dolayısı ilə insanlara yoluxdura bilmədiyi məlum olub.

Mövzu ilə bağlı ilk eksperimental iş olan araşdırmanın məqaləsi “Scientific Reports” dərgisində yayımlanıb.

Zümrüd

Milçək və ağcaqanadlar koronavirusa yoluxdura bilər? - Professor açıqladı