Azərbaycanlı bu ölkədə deputatlığa namizəd oldu - FOTO

20 İyul 2020 09:21 (UTC+04:00)

Bu gün "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının Siyasi Şurası namizədlərin siyahısını təsdiqləyib.

Publkika.az xəbər verir ki, hakim partiyanın siyasi şurası 30 majoritar namizədin kimliyini təsdiqləyib.

Onlar ictimaiyyətə sabah təqdim olunacaqlar.

Marneuli və Qardabani üzrə təqdim olunacaq majoritar namizəd Marneulinin hazırkı meri Zaur Darğallı olacaq.

Qeyd edək ki, bu məlumatı Qullar ərazi vahidliyinin Marneuli bələdiyyə məclisinin deputatı İlham Həsənov da öz şəxsi facebook səhfəsində təsdiqləyib.