Koronavirusdan ölənlərin sayı 603 mini keçdi - ÜST

21 İyul 2020 01:16 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 229 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyulun 20-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 229 780 nəfər koronavirusa yoluxub, 5 111 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 14 348 858, ölənlərin isə 603 691 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.