Ermənistanda son sutkada 16 nəfər öldü - SƏBƏB

22 İyul 2020 11:05 (UTC+04:00)

Ermənistanda daha 439 nəfərdə koronavirus aşkarlanıb.

Publika.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 35 693-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 16 nəfər artaraq 678-yə çatıb. İndiyədək 24 766 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 032 aktiv koronavirus xəstəsi var.

Zümrüd