Rusiyada nazir koronavirusdan öldü

23 İyul 2020 04:58 (UTC+04:00)

Rusiyanın Sverdlovsk vilayətinin Kənd Təsərrüfatı və İstehlak Bazarı üzrə naziri Dmirti Deqtyaryev ölüb.

Axar.az xəbər verir ki, vilayətinin qubernatoru Yevqeniy Kuyvaşyev bu barədə İnstaqram səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, koronavirusa yoluxan naziri həkimlər süni tənəffüs aparatına qoşsalar da, həyatını xilas etmək mümkün olmayıb