Alimlər koronavirus xəstələrinin antikorlarından “kokteyl” yaratdılar

23 İyul 2020 13:17 (UTC+04:00)

Nyu-Yorkda yerləşən Kolumbiya Universitetinin alimləri COVID-19 xəstələrini daha effektiv müalicə etməyə kömək edə bilən “kokteyl” hazırlayıb. “Kokteyl” koronavirus xəstələrinin antitellərindən ərsəyə gətirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, elm adamları 40 ağır koronavirus xəstəsindən və bu infeksiyaya qarşı immuniteti olan 5 nəfərdən antikor toplayıb. Tədqiqat iştirakçılarından biri David Ho virusu zərərsizləşdirə biləcək 9 fərqli antikor seçdiyini söyləyib. Siçanlar üzərində aparılan təcrübədə “kokteyl”in qoruyucu xüsusiyyətləri təsdiqlənib. Mütəxəssislər digər heyvanlar üzərində təcrübələr planlaşdırır, daha sonra insanlar üzərində sınaqlar keçiriləcək.

David Ho “kokteyl” əsasında COVID-19 xəstəliyinin müalicəsində, həmçinin koronavirus infeksiyasının qarşısının alınmasında təsirli dərman hazırlamağın mümkün olacağını qeyd edib.

Aytən Məftun