Gürcüstanda bu uçuşlar bərpa olundu

24 İyul 2020 04:13 (UTC+04:00)

Gürcüstanda sabah iyulun 24-dən etibarən daxili uçuşlar bərpa olunacaq.

Publika.az xəbər verir ki, müntəzəm uçuşlar Nataxtari hava limanından Mestia və Ambrolauri aeroportlarına və Tbilisidən Batumi istiqaməti üzrə yerinə yetiriləcək.

Məlumata görə, Avqustdan başlayaraq daxili uçuşların sayının artırılması da nəzərdə tutulub.