Azər Qərib: “Əsəbdən özümə yer tapa bilmirəm”

24 İyul 2020 11:42 (UTC+04:00)

Tanınmış aparıcı, “Oralar” layihəsinin müəllifi Azər Qərib azərbaycanlıların Belçikada ermənilər tərəfindən döyülməsini vəhşilik adlandırıb.

Publika.az xəbər verir ki, o, bu barədə fikirlərini sosial şəbəkədə ifadə edib:

“Vəhşilik, vəhşilik, yenə də vəhşilik! Gəncimizin Brusseldə amansızcasına döyülmə videosuna baxdım, qəzəbimdən əsir bütün bədənim.

Mən dövlətimizin daha kəskin, daha qətiyətli reaksiyasını gözləyirəm, o nakişilər tapılmalı, güclü vəkillər cəlb edilməli, insan simasını itirmiş o ermənilər cəzalarını almalıdırlar. Və xaricdə yaşayan soydaşlarımızla bağlı mütəşəkkillik, təşkilatçılıq və təhlükəsizlik məsələlərinə yenidən baxılmalıdır.

Son aksiyalar zamanı fiziki zorakılığa məruz qalan soydaşlarımızın müalicə xərclərini isə ölkəmiz öz üzərinə götürməlidir, zənnimcə. Necə də iyrəncdilər, yerə yıxıb ayağları ilə başına vururlar, əsəbdən yer tapa bilmirəm özümə”.