ABŞ bu qonşumuza 132 milyon dollar AYIRDI

25 İyul 2020 19:56 (UTC+04:00)

ABŞ-ın Nümayəndələr Palatası 2021-ci il üçün, xarici əməliyyatlar və onlarla bağlı olan proqramlar barəsində qanun layihəsini təstiqləyib.

Publika.az xəbər verir ki, sözügedən qanun layihəsində Gürcüstana maliyyə dəstəyi ilə bağlı şərtlərindən də söz açılır.

89 senatorun qarşı çıxdığı və 224 senatorun dəstəklədiyi layihəyə əsasən, 2021-ci ildə ABŞ tərəfi Gürcüstana 132 025 000 dollar ayıracaq.

Bundan əlavə, bildirilir ki, sözügedən yardımın 15%-nin dondurulma ehtimalı da var. Senatın bəzi üzvlərinin açıqlamalarında bildirilir ki, Gürcüstan hökuməti demokratik institutların inkişafı, korrupsiya ilə mübarizə, özəl sektorda qanunun aliliyi və ölkədəki xarici biznesin qorunması məqsədi ilə addımlar atmalıdır, əks halda ayrılan yardım büdcəsinin 15%-i dondurula bilər.