Yeni doğulmuş körpə şöbədən OĞURLANDI

26 İyul 2020 04:42 (UTC+04:00)

Rusiyanın Rostov vilayətinin Salsk şəhərində yerli xəstəxananın doğum şöbəsindən yeni doğulmuş oğlan uşağı oğurlanıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin yerli idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 25-də gecə saatlarında baş vermiş faktla bağlı cinayət işi başladılıb.

Müstəntiqlər və kriminalistlər hadisə yerində işləyirlər. Uşağı qaçırmış şəxsin axtarışları davam edir.