Berlində avtomobili piyadaların üzərinə sürdü, xəsarət alanlar var

26 İyul 2020 11:49 (UTC+04:00)

Almaniyanın paytaxtı Berlində naməlum şəxs idarə etdiyi avtomobili piyadaların üzərinə sürüb.

Publika.az xəbər verir ki, hadisə "Tsoo" stansiyası yaxınlığında səhər saatlarında baş verib.

Nəticədə azı 7 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya helikopterlə çatdırılıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürmə xidmətinin 60 əməkdaşı və xilasetmə vertolyotları cəlb edilib.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Ən son məlumata göpə, sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.