Düşmənin qorxulu yuxusu: SARB-83 - VİDEO

27 İyul 2020 08:00 (UTC+04:00)

Türkiyə yerli müdafiə sənayesinin məhsulu olan super güclü SARB-83 mərmisini uğurla sınaqdan keçirib.

Publika.az xəbər verir ki, SARB-83 döyüş başlığı mərmi türkiyəli mütəxəssislər tərəfindən düşmənin beton sığınacaqlarını və bunkerlərini məhv etmək məqsədi ilə hazırlanıb.

"Qısa müddət ərzində HABRAS test poliqonu sayəsində istənilən gizli işi nisbətən ucuz qiymətə sınaqdan keçirə bilərik", - deyə Sənaye və Texnologiya naziri Mustafa Varank bildirib.