Ərdoğanla Putin Tovuz təxribatını müzakirə etdilər

27 İyul 2020 22:39 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Publika.az "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidentinin dəftərxanası məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları ölkələr arasındakı ikitərəfli münasibətləri, eyni zamanda Ermənistanla Azərbaycan sərhədində yaranmış gərginlik müzakirə ediblər.

Telefon danışığında həmçinin Suriya və Liviyada yaranmış mövcud vəziyyət də diqqət mərkəzində olub.