Baş nazir: Bu, ikinci dalğanın işarəsidir

28 İyul 2020 18:57 (UTC+04:00)

Avropanın bəzi bölgələrində koronavirusa yoluxmada müşahidə edilən artım pandemiyanın ikinci dalğasının işarəsidir.

Publika.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

“SKY Nyus”a açıqlama verən Conson bildirib ki, Avropa ölkələri bu mövzuda mövqeyini möhkəmləndirməlidir.

Qeyd edək ki, Böyük Britaniya vətəndaşlarına koronavirusa yoluxmada artım qeydə alınan İspaniyaya səyahət etməməyə dair çağırış etmişdi. İspaniya isə bu tövsiyəyə sərt reaksiya vermişdi.