COVID-19 peyvəndinin qiyməti ilə bağlı ÖNƏMLİ İDDİA: yalnız bu ölkələr ala biləcək - VİDEO

29 İyul 2020 13:51 (UTC+04:00)

Video əlavə olunub.

xxx

ABŞ-ın “Moderna” dərman şirkətinin hazırladığı COVID-19 peyvəndinin qiyməti ilə bağlı iddia ortaya atılıb.

Publika.az xəbər verir ki, “Financial Times” peyvəndin bir ədədinin 50-60 dollara satılacağını yazıb.

Bilgini qəzetə verən mənbələr peyvəndin ABŞ və yüksək gəlirli ölkələrdə istifadə edilə biləcəyini qeyd edib.

Qeyd edək ki, sözügedən peyvənd 30 min nəfər üzərində üçüncü mərhələ testlərindən keçirilməkdədir. “Moderna” bu peyvəndin istehsalı üçün ABŞ hökumətindən 1 milyard dollara yaxın maddi dəstək alıb. Şirkət ildə 500 milyon ədəd peyvənd istehsal etmək planına sadiq olduğunu açıqlayıb.

Zümrüd