Sabunçuda ev yandı

1 Avqust 2020 18:07 (UTC+04:00)

Bakı şəhərinin Sabunçu rayonunda ev yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.