Bakıda DƏHŞƏT - 2 yaşlı qızın sümükləri qırıldı

2 Avqust 2020 09:18 (UTC+04:00)

Bakıda körpənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Suraxanı rayonunda qeydə alınıb.

Yeni Günəşli qəsəbəsində avtomobil 2018-ci il təvəllüdlü Məmmədli Ömür Asim qızının üzərindən keçib. Ağır bədən xəsarətləri alan 2 yaşlı körpə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarnın küt travması, çanaq sümüklərinin sınıqları diaqnozları qoyulub.

Ö.Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)