Bakıda polis zabiti özünü ÖLÜMƏ ATDI - Gənci xilas etdi

3 Avqust 2020 09:54 (UTC+04:00)

Bugünlərdə Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində dənizdə çimərkən boğulan şəxsin xilas edilməsi hadisəsinin təfərrüatarı məlum olub.

Publika.az xəbər verir ki, Sabunçu RPİ-nin əməkdaşı, polis leytenantı Aqil Xudiyev dənizdə boğulan gənci görərək özünü suya atıb.

Bildirilir ki, mülki geyimdə olan A.Xudiyevin polis olduğunu oradakılar bilmirmiş. Gənc dənizdə boğulanda öz həyatını riskə atan polis zabiti onu xilas edib.

Şahidlər deyiblər ki, Aqil özü də boğula bilərdi, gənci xilas etmək mümkün deyildi. Amma Aqil Xusiyev bunu bacarıb.