Bakıda qətl törədən İmaməli kimdir? - FOTO/VİDEO

4 Avqust 2020 16:39 (UTC+04:00)

Video əlavə edilib.

*****

15:47

Dünən axşam saatlarında Bakının Nərimanov rayonunda qətl törədilməsi barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Rəşad Sadıqovu bıçaqlayaraq öldürən tanışı və həmyaşıdı İmaməli Xıdırov kriminal aləm üzvüdür.

Hələlik tam dəqiqləşməmiş səbəbdən tərəflər arasında ədavət yaranıb.

Bu səbəbdən İ.Xıdırov Rəşadı öldürmək qərarına gəlib.

Hadisəni törədən şəxsin bəzi fotolarını təqdim edirik.

Artıq İ.Xıdırov tutularaq istintaqa təqdim edilib.