Bu ölkə sərhədlərini azərbaycanlılar üçün açdı

4 Avqust 2020 18:13 (UTC+04:00)

Monteneqro hökuməti epidemioloji baxımdan təhlükəsiz ölkələrin “yaşıl siyahı”sını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Monteneqro kökuməti yanında Milli Koordinasiya Şurası (NKT) qərar qəbul edib.

Monteneqro hökumətinin açıqladığı siyahıya Azərbaycanın da adı daxil edilib.

Qeyd edək ki, “yaşıl siyahı"ya daxil olan ölkələrin vətəndaşlarına koronavirusla bağlı əlavə şərtlər olmadan Monteneqroya getməyə icazə veriləcək.